Azərbaycanlı müğənni üçün Rusiyada tamaşa səhnələşdirildi

  • By admin
  • 18 Oktyabr 2016 15:25

vokal

Yusif Eyvazov və həyat yoldaşı Anna Netrebko Rusiyanın “Böyük teatr”ında ilk dəfə səhnəyə çıxacaq.

Gununsesi.info xəbər verir ki, gözəl səs imkanlarına malik olan  cütlük üçün xüsusi olaraq teatrda Cakomo Puçininin “Manon Lesko” operası səhnəyə qoyulub.

3 il öncə Romada məhs sözügedən əsərin nümayişi zamanı tanış olan cütlük teatrda da debütü məhs həmin tamaşa ilə etmək istəyiblər.

Teatr da bu istəyi qəbul edib.

Gununsesi.info