
“Azərbaycan finala tamamilə hazırdır. Hər şey qaydasındadır”.
Bu sözləri “Gununsesi”nə açıqlamasında rusiyalı məşhur futbolçu Andrey Arşavin deyib.
O, stadionun və Bakının gözəlliyindən danışıb: “Bakı həqiqətən çox gözəldir. Stadion isə bu həlledici qarşılaşmaya çoxdan hazırdır. Düşünürəm ki, maraqlı olacaq”.
Arşavin azarkeşlərin bu cür finaldan məmnun olacaqlarını qeyd edib: “Azarkeşlərin şikayətini haqsız sayıram. Çünki bunlar çox kiçik şeylərdir. Bu cür oyundan zövq almalıdırlar”.