Başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı boğularaq öldü

  • Müəllif: Orxan
  • 25 Avqust 2026 10:54

Bakıda azyaşlı başı dəmir barmaqlıqlara ilişməsi nəticəsində boğularaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

2018-ci il təvəllüdlü Y. Ə. evlərinin həyətindəki dəmir barmaqlıqların arasından keçən zaman başı ilişib və boğularaq ölüb.

Araşdırmalar aparılır.

Gununsesi.info