ABŞ diplomatları vəzifə yerlərinə qayıdır

  • Müəllif: Orxan
  • 26 Avqust 2026 12:37

ABŞ İranla münasibətlərdə yaranmış gərginlik fonunda təxliyə edilən və ya əməkdaşlarının sayı azaldılan bəzi Yaxın Şərqdəki diplomatik nümayəndəliklərinə şəxsi heyəti geri qaytarmağa başlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əməkdaşların Livan, İsrail, Səudiyyə Ərəbistanı və İraqın paytaxtı Bağdaddakı ABŞ diplomatik nümayəndəliklərinə qayıtması nəzərdə tutulur. Bundan əlavə, əməkdaşların ailə üzvlərinin də ABŞ-ın Ər-Riyaddakı diplomatik nümayəndəliyinə qayıtmasına icazə veriləcək. ABŞ-nin bu addımı Vaşinqtonun yaxın perspektivdə İranla münaqişənin daha da genişlənməsi riskini əvvəlki ilə müqayisədə daha aşağı qiymətləndirdiyini göstərir. Bununla belə, bəzi diplomatik nümayəndəliklər ilkin mərhələdə tam heyətlə fəaliyyət göstərməyəcək. Mənbələrin sözlərinə görə, ilk mərhələdə bəzi səfirliklər təsdiqlənmiş ştat sayının maksimum 85 faizi səviyyəsində fəaliyyət göstərəcək.

Reuters qeyd edir ki, bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla münaqişədə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlayacağını gözləmədiyinə işarə edə bilər.

Gununsesi.info