Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ləğv edilib.
Gununsesi.info-nun Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın “Teleqram” kanalları məlumat yayıb.
Bildirilib ki, diaspor rəhbərinin RF pasportu ləğv edilib.
Qeyd edək ki, Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri seçilib.











