Xəbər verdiyimiz kimi, Azərbaycanda saxlanılan dörd erməniəsilli şəxs Ermənistana təhvil verilib.
Bunlar Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyandır.
Saxlanılanlar Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verilib.
Cəmiyyət bu addımı birmənalı qarşılamır.
Bəs görəsən, reallıq necədir?
Azərbaycan tərəfi niyə belə bir addım atıb?
Bu barədə politoloq Turan Rzayev Gununsesi.info-ya açıqlama verib.

O bildirib ki, bu şəxslərlə bağlı istintaq komitəsi var idi və hüquqi proseslər gedirdi.
“Bütün bu hüquqi proseslərdə həm Azərbaycan Konstitusiyası, istərsə də beynəlxaq hüquq çərçivədə həll olunurdu. Bu şəxslərin Ermənistana təhvil verilməsini iki mənada başa düşmək lazımdır. Birincisi, hüquqi prosesin yekunu və onlarla bağlı verilən rəy, ikincisi isə məsələnin Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində nəzərə alınmalə tərəfləri”,– deyə o bildirib.
Politoloq, həmçinin bildirib:
“Bu gün Azərbaycan və Ermənistan aradında sülh prosesləri gedir. Bu proses çərçivəsində atılan addımlar, edilən jestlər ictimaiyyətdə ilk baxışda birmənalı qarşılanmaya bilər. Bundan əvvəl Ermənistana göndərilən enerji məhsulları məsələsi də birmənalı qarşılanmadı. Hər bir halda hesab edirəm ki, bu cür proseslər Azərbaycan-Ermənistan arasında sülh, normallaşma prosesinə yönəlik atılan addımdır. Biz əbədi düşmənçilik edəsi deyilik. Bu da o demək deyil ki, Ermənistanla bütün münasibətlərimizi qaydaya salmışıq. Prosesin sürətlənməsi üçün tərəflərin qarşılıqlı jestləri vacibdir. Birmənalı şəkildə bununla əlaqəli olmasa da, nəzərə almaq lazımdır ki, qarşıdan Ermənistanda seçkilər gəlir. Çünki Paşinyanın iqtidarda qalması indiki məqamda Azərbaycan üçün sərf edir”.
Orxan












