Bərdədə 3 otaqlı ev yanıb

  • By admin
  • 20 Fevral 2018 22:40

Bərdədə yanğın baş verib.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bərdə rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə  evin aynabəndinin yanar konstruksiyaları 12 m2 sahədə və bir otağının tavanı 1 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info