Bərdədə köməksiz vəziyyətdə qalan qadın xilas edilib

  • By admin
  • 14 Oktyabr 2017 22:03

tecili_yardim_041
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bərdədə köməksiz vəziyyətdə qalan qadını xilas edib. APA- nın xəbərinə görə, hadisə şəhərin Ü. Hacıbəyov 43 mənzil 50 ünvanında baş verib. 28 yaşlı Xəlilova Əsli Ramiz qızı bağlı qapı arxasında köməksiz qalıb. Ə.Xəlilova ruhi xəstə olduğundan bağlı qapını aça bilməyib. Hadisə yerinə FHN -nin əməkdaşları cəlb olunub. Xilasedicilər qapını sındıraraq köməksiz qalan qadını xilas ediblər.

Gununsesi.info