“Bəzi bələdiyyə üzvləri bələdiyyə qanunvericiliyindən xəbərsizdir və bu, acı reallqıdır” - KAMRAN BAYRAMOV

  • By admin
  • 21 Aprel 2017 13:54
Kamran (1)
Bu gün bələdiyyə üzvləri bələdiyyənin fəaliyyətindən, ümumiyətlə, xəbərsizdir və bu, acı reallqıdır
 
Gununses.info  xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında  “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsinin müzakirəsi zamanı millət vəkili Kamran Bayramov deyib.
“Millət vəkili Fəzail İbrahimlinin bir fikri ilə razıyam ki, həqiqətən bu gün bələdiyyə üzvlərinin mütləq əksəriyyəti bələdiyyənin fəaliyyəti ilə bağlı qanunvericilikdən və ümumiyətlə, bələdiyyənin fəaliyyətindən xəbərsizdir. Bu, acı reallaqıdır və biz bunu qəbul etməliyik”- deyən deputat bununla yanaşı sözlərinə əlavə edib ki, yenə də heç olmasa, bələdiyyə sədrləri bələdiyyə qanunverciliyindən və onun fəaliyyət istiqamətindən xəbərdardır.
“Bu da onların gündəlik fəaliyyəti ilə bağlı olduğu üçün qanunlardan xəbərdardırlar. Ona görə də millət vəkili  Fəzail İbrahimli bu deyimində haqlıdır…”- deyə, K. Bayramov bildirib.
Mürtəza
Gununsesi.info