Bacı-qardaşı öldürən şəxsə ömürlük cəza istənildi

  • By admin
  • 07 Dekabr 2017 17:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürən və analarına isə xəsarət yetirməkdə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Gununsesi.info