Gununsesi.info trend-ə istinadən məlumat verir ki, bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub.

Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi açılıb.

Qeyd edək ki, bu park Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında yerləşir.

Gununsesi.info