Bahar Muradova sabah parlamentdə hesabat verəcək

  • Müəllif: Firuzə
  • 25 May 2026 12:00

Sabah Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçiriləcək.

Gununsesi.info  xəbər verir ki, iclasda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat təqdim olunacaq.

Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edəcək.

Gununsesi.info