Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

  • Müəllif: Firuzə
  • 25 Sentyabr 2025 12:14

Sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, qatar həftəiçi hər iki istiqamətdə hərəkət edəcək:

“Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz”.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və yaxud “ADY Mobile” tətbiqindən əldə etmək olar.

 

Gununsesi.info