
Bu gün Hacıqabul rayonunda “Toyota Prado” markalı minik avtomobilinin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü 1987-ci il təvəllüdlü Nəsirov Amil Murad oğlu, sürücünün atası 1954-cü il təvəllüdlü Nəsirov Murad Şükür oğlu və anası 1961-ci il təvəllüdlü Nəsirova Ziyafət Dadaş qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
*****
14:06
Bu gün Hacıqabul rayonunda “Toyota Prado” markalı minik avtomobili aşıb.
APA-nın Mi-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəza nəticəsində 1-i abır olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info










