Bakı-Quba yolunda sərnişin avtobusu ilə yük maşını toqquşdu

  • By admin
  • 02 Noyabr 2016 11:06

3

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, hadisə magistralın 128-ci kilometrliyində, Şabran rayonunun Dəvəçi kəndi ərazisində qeydə alınıb. Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan 27 AC 622 dövlət nömrə nişanlı, “Hyundai” markalı sərnişin avtobusu ilə 99 XP 579 nömrə nişanlı “Ford” markalı yük maşını toqquşub. Qəza nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info