Bakıda 3 ay əvvəl itkin düşmüş kişi tapıldı

  • By admin
  • 16 Oktyabr 2019 10:45
Gununsesi.org xəbər verir ki, Bakıda üç ay əvvəl itkin düşən kişi tapılıb.
İyulun 13-də İ.Qələmov adlı şəxs paytaxtın Qaradağ rayonunda yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org