Bakıda avtobus 73 yaşlı qadını vurdu

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 21:32

t

 

Nəsimi rayonu Səməd Vurğun küçəsində piyada vurma hadisəsi baş verib.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, Təzə Bazar adlanan yerdə 8 saylı sərnişin avtobusu yolu keçmək istəyən 73 yaşlı Simuzər Məmmədovanı vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər kəllə-beyin travması alan Simuzər Məmmədovanı vəziyyətinin ağır olduğunu bildiriblər. Sürücü polis əməkdaşları tərəfindən dindirilib. Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla əlaqədar araşdırmalar davam edir.

Gununsesi.info