İnanılmaz sənət əsərləri - FOTOLAR

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 22:07

1-10

Qələmlərdən yazı yazmaq və rəsm çəkmək xaricində istifadə etdiyiniz vaxtlar olubmu?

Yaxud da, kənardan hər birimizə adi görünən bu əşya sizin üçün ideya qaynağına çevrilibmi?

Cenifer Maestr adlı heykəltəraş isə təbiətdən ilham alaraq qələmlərdən sənət əsərləri yaradır!

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə iqtisadiyyat üzrə, daha sonra isə Masaçuses İncəsənət Kollecində təhsil alan Cenifer 20 ildir ki, bu işlə məşğuldur. Qələmləri heykəltəraşlıq materialı kimi istifadə etmək fikrini isə dəniz ulduzlatının formasından götürüb.

Onun fikrincə, dəniz ulduzu təhlükəli, eyni zamanda çox gözəl xarici görünüşə sahibdir. Heykəltəraş öz əl işləri ilə indiyə qədər bir çox sərgiyə qatılıb və mükafatlar qazanıb.

1-11

1-12

1-13

Nigar Cəfərli

Gununsesi.info