Bakıda binada yanğın, 10 sakin təxliyə edilib

  • By admin
  • 09 Yanvar 2018 22:38


Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb. Yanğın zamanı mənzillərdən 10 nəfər sakin təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info