Bakıda ev yandı

  • By admin
  • 01 Noyabr 2016 17:50

yangin

Bakıda vətəndaşa məxsus 3 otaqlı ev yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin dam örtüyü 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar

Gununsesi.info