Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ CAVAB

  • Müəllif: Orxan
  • 27 İyul 2026 12:46

Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləkli hava şəraiti sabah – iyulun 28-i gündüz saatlarınadək davam edəcək.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəisi Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, iyulun 27-si səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunur və bu hava şəraiti iyulun 28-i gündüz saatlarınadək davam edəcək.

“Yaxın günlərdə ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal-qərb küləyinin üstünlüyü fonunda havanın temperaturu nisbətən enəcək və gündüz saatlarında 30-35 dərəcədən yüksək olmayacaq.

Bundan əlavə, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi bəzi rayonlarda arabir güclənəcək”.

Qeyd olunub ki, havanın maksimal temperaturu aran rayonlarında 35-39, bəzi yerlərdə 40-41 dərəcəyə yaxın, dağlıq ərazilərdə isə 25-30 dərəcə isti olacaq.

Gununsesi.info