Bakıda məhbus özünü mələfə ilə asdı

  • By admin
  • 16 Oktyabr 2017 13:06

melefe

Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Anar Səmədov intihar edib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, o, kamerada mələfəni dəmir barmaqlıqlara dolayaraq, özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Səmədov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə saxlanılıb.