Bakının Binəqədi rayonunda metrostansiya tikintisi zamanı bədbəxt hadisə baş verib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Xocahəsən qəsəbəsində qeydə alınıb.
1990-c il təvəllüdlü Abdullayev Kənan tikinti işləri zamanı dəmir parçası onun üz nahiyəsinə dəyib.
Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info