Bakıda zəhərlənən tələbələrin adları bilindi

  • By admin
  • 26 Noyabr 2019 10:33

Bakıda zəhərlənən tələbələrin adları bəlli olub.

Gununsesi.org xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar 17 yaşlı Salmanlı Ləman Söhrab qızı, Heydərli Nəzakət Mustafa qızı, Qarayeva Nazlı Nadir qızı, Rəcəbli Aysun Surxay qızı, 18 yaşlı Mahmudova Gülyetər Nadir qızı, Osmanlı Aysun Valeh qızıdır.

Tələbələrdən L.Salmanlının vəziyyəti orta-ağır olaraq qiymətləndirilib və həkim nəzarətində saxlanılır. Digər tələbələr ambulator müayinədən sonra evə buraxılıb.

Gununsesi.org