Bakıda zavodda partlayış - 5 nəfər yaralanıb

  • By admin
  • 01 İyul 2016 14:23

zavod

 

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən  zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Həmin şəxslər zavodda işləyənlər – Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.

Faktla bağlı araşdırma aparılır. (Report)