Bakıya yeni avtobus gətirilir

  • By admin
  • 01 İyul 2016 14:15

avtobus

 

Bakıda avtomobil nəqliyyatının hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin gediş-gəlişinin asanlaşdırılması məqsədilə paytaxta yeni sərnişin avtobusları gətiriləcək. Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında nəqliyyat vasitələrini paytaxta gətirəcək “Xaliq Faiqoğlu” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər 55 ədəd Türkiyə istehsalı olan “İsuzu” markalı avtobuslar gətiriləcək.

“Yeni avtobuslar da, digər avtobuslarımız kimi “Euro-5” standartına cavab verəcək. Bu avtobuslar geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənəcək. Bundan başqa, avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Biz fiziki imkanları məhdud insanları da nəzərə almışıq, həmçinin avtobuslarda yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar quraşdırılıb. 24 oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Avtobusların yan şüşələri salona düşən günəş işığını təsirini təxminən 80% azaldır”, – deyə F.Sadıqov əlavə edib.

Qeyd edək ki, paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin balansında təxminən 300 avtobus var. Yeni gətiriləcək nəqliyyat vasitələri  şirkətə məxsus 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq.

 

Gununsesi.info