Türkiyə Bakıya və Astanaya təşəkkür etdi

  • By admin
  • 01 İyul 2016 14:07

 

bayraq

 

Bakı və Astana Moskva ilə əlaqələrin normallaşmasında pozitiv rol olynayıb. Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə Rusiya münasibətlərin normallaşdırılması istiqamətində gedən proseslərdə Azərbaycan və Qazaxstan çox pozitiv rol oynayıb: “Biz bu ölkələrə göstərdikləri çabalara görə təşəkkür edirik.”

Gununsesi.info