“Balam özünü çox yaxşı hiss edir və sanki heç əməliyyat olunmayıb” - AYBƏNİZ HAŞIMOVA (FOTO)

  • Müəllif: admin
  • 10 Fevral 2018 10:57

Tanınmış sənətkar, gözəl ifaçı, Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva əməliyyat keçirib.

Gununsesi.inf0 xəbər verir ki, o, uzun müddətdir görmə problemi yaşayırdı.

Dünən klinikaların birində Aynişanın gözləri əməliyyat olunub.

Tanınmış göz həkimi Cahid Şahbazovun həyata keçirdiyi əməliyyat uğurla başa çatıb.

Hazırda Aynişanın vəziyyəti yaxşıdır.

“Balam özünü çox yaxsşı hiss edir və sanki heç əməliyyat olunmayıb. Ömrümün sonuna qədər sonsuz təşəkkür edirəm sizə, əziz Cahid bəy. Çox şükür edirəm ki, ölkəmizdə sizin kimi güvənə biləcəyimiz həkim var, artıq başqa ölkələrə  getməyə ehtiyac qalmır. Allah heç kəsi övladının sağlamlıgı ilə imtahana çəkməsin!”.

Bunu isə A. Haşımova deyib.

H.NİHAT

Gununsesi.info