Balıq tutmaq istədi, özünü cərəyan vurub öldürdu

  • By admin
  • 29 Sentyabr 2019 15:59
Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.
Gununsesi.org-un verdiyi məlumata görə, rayonun İsmət Qayıbov küçəsində Elman Həsənalıyev  su arxından elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan onu cərəyan vurub.
E.Həsənəliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org