Banqladeşdə qasırğa nəticəsində 13 nəfər ölüb

  • Müəllif: admin
  • 10 Noyabr 2019 21:28

Banqladeş sahillərində baş vermiş “Bulbul” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bundan əvvəl qasırğa nəticəsində 6 nəfərin öldüyü bildirilmişdi.

Təbii fəlakət nəticəsində 30 nəfər yaralanıb, 36 nəfər tkin düşüb.

Hökumətin təşəbbüsü ilə sahilyanı ərazilərin 2 milyona yaxın sakini təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qasırğa 6 mindən çox yaşayış binasına ziyan vurub.

 

Gununsesi.org