Bəs siz bu maraqlı faktları bilirdinizmi?

  • By Admin2
  • 23 Aprel 2025 10:57

Astronavtlar kosmosa çıxdıqda, onların boyu orta hesabla 5 sm uzanır. Səbəbi isə cazibə qüvvəsinin olmaması nəticəsində onurğa sütununun uzanmasıdır.

Gununsesi.info az bilinən müxtəlif faktları təqdim edir:

1.İnsan beyni saniyədə təxminən 11 milyon məlumatı qəbul edə bilir, amma şüurlu olaraq biz yalnız 40-50 məlumat vahidini emal edirik.

2.Yer kürəsinin daxili nüvəsi Günəş qədər isti ola bilər — təxminən 6000°C!

3.Ahtapotların üç ürəyi var! İkisi qanı solungaçlara, biri isə bədənin qalan hissəsinə pompalayır.

4.Dünyada 7000-ə yaxın dil mövcuddur, amma bu dillərin 90%-i yalnız kiçik icmalar tərəfindən danışılır və bir çoxu yox olma təhlükəsi altındadır.

5.İlk e-mail 1971-ci ildə Ray Tomlinson tərəfindən göndərilib. O, həm də “@” işarəsini e-poçt adreslərində istifadə edən ilk şəxs olub.

6.Dünyada elə bir meduza (qurdlama) növü var ki, əbədi yaşayır – Turritopsis dohrnii adlı bu meduza yaşlananda özünü yenidən “uşaq” formasına sala bilir. Bioloji olaraq ölmür!

7.Bal arıları insan üzlərini yadda saxlaya bilir.

8.Bir inəyin yaxın dostu olur– Ayrılanda stress keçirirlər. İnəklər sosial heyvanlardı, öz “best friend”lərinə çox bağlanırlar.

9.Dünyada ən uzun söz 189,819 hərfdən ibarətdir.– Bu, bir protein molekulunun adıdır. Oxumağa təxminən 3,5 saat vaxt gedir 😵

10.Ağaclar da bir-biri ilə “danışa” bilir– Kök sistemləri vasitəsilə bir-birinə xəbər ötürürlər, təhlükə olanda “qonşuya” deyirlər ki, hazır ol.

Orxan

Gununsesi.info