Binali Yıldırım Donald Trampı təbrik edib

  • By admin
  • 11 Noyabr 2016 21:23

binali

 

Türkiyə baş naziri Binali Yıldırım və ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi Donald Tramp arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, Binali Yıldırım Donald Trampı ABŞ prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

“Türkiyə ABŞ ilə münasibətlərini möhkəmləndirmək əzmindədir. Bu məsələ siyasətimizdə prioritet olacaq. Əlaqələrimizin yeni səviyyəyə yüksəltmək üçün səylərimizi davam etdirəcəyik”, deyə B.Yıldırım bildirib.

B.Yıldırım həmçinin  Türkiyə və ABŞ arasında münasibətlərin ümumi maraqlara, dəyərlərə və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.

Donald Tramp, öz növbəsində,  Türkiyə ilə münasibətlərin ABŞ üçün önəm daşıdığını, rəsmi Ankara ilə dialoqun prioritet olduğunu qeyd edib.

Gununsesi.info