“Bir dənə də böyük Avropa və ya Amerika yelpiyi lazımdır təhsilimizi TƏRdən qorumaqçün” - FAZİL MUSTAFA

  • By admin
  • 09 İyun 2017 20:20

fazil-mustafa

“İyun ayının istisində dərsə getməyə məcbur olan məktəblilərin və müəllimlərin hər birinə sərinkeş olmayan otaqlarda tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla kitayski yelpik verilməlidir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

Onun sözlərinə görə, bir dənə də böyük Avropa və ya Amerika yelpiyi lazımdır təhsilimizi TƏRdən qorumaq üçün.

“İllərdir təhsilimizdə BİLGİnın hələ də TƏRdən önə keçmədyini görürük. Sentyabrın 1-i ənənə olaraq Azərbaycanda BİLİK GÜNÜ günü kimi yadda qalıb, ancaq təhsilin məqsədi BİLİK olmadığına görə dərslərə BİLİKdən 15 gün adlayaraq başlayırıq.

İctimai nəqliyyat keyfiyyətli, əlçatan, alternativli və təhlükəsiz olmadığına görə uşaqları ilə birlikdə hər gün məktəbə əziyyətlə iki dəfə gedib qayıdan, yaxud da pulsuz adlanan təhsil üçün uşaqları məktəbə aparıb-gətirməyə xüsusi maşın tutaraq cibindən vəsait ödəyən, sonra da daha keyfiyyətli imtahan hazırlığı üçün cibindən repititorlara pul dağıdan qəhrəman valideynlərə də mənəvi kislarod çatışmazlığı üçün gündə 300 qram süd kompensasiyası verilməlidir”-deyə, o, sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info