Bir günə dünyada məşhurlaşan azərbaycanlı qız - VİDEO

  • By admin
  • 13 May 2018 08:52

Murad Göyəbakanın “Ay üzlüm” mahnısını ifa etməklə qısa müddət ərzində məşhurlaşan Nahidə Babaşlı Xəzər TV –nin “55” verilişinin qonağı olub.

BAKU.WS -in məlumatına görə, Rusiya və Türkiyə telekanallarının diqqətini cəlb edən 22 yaşlı ifaçının Bakı Dövlət universitetinin 4-cü kurs tələbəsi olduğu məlum olub.

Nahidə belə məşhurlaşacaını gözləmədiyini söyləyib:“Vallah, sözün düzünü desəm, heç özüm də bilmədim necə məşhur oldum. İfamı studiyada yazdırdım və Youtube kanalına yerləşdirdim. İnanmazdım belə məşhurlaşacam və dəvətlər alacam. Təhsil aldığım üçün xarici telekanallar aldığım dəvətləri qəbul etmirəm. Universiteti biitirdikdən sonra, təklifləri qəbul edəcəm”.