Bir neçə avtobus dayanacağında xüsusi məlumat lövhələri quraşdırıldı

  • By admin
  • 03 Oktyabr 2016 13:11

14754814062965463480_1000x669

Bakının bir neçə avtobus dayanacaqlarında xüsusi məlumat lövhələri quraşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O, bildirib ki, sərnişinlər həm dayanacaqlardakı elektron lövhələrdən, həm də statik lövhələrdən istifadə edə biləcəklər. Bu lövhələr yığışdırılmayacaq və statik lövhələr məhz hava şəraitindən asılı olaraq və ya hər hansı kabel zədələnərsə elektron lövhələrdə yarana biləcək nasazlıq zamanı sərnişinlərin məlumat almasını təmin edə biləcək.

N.Allahyarova qeyd edib ki, eyni zamanda elektron tablolardan istifadədə çətinlik çəkən yaşlı nəslin nümayəndələrini də nəzərə alaraq bu statik lövhələr faydalı olacaq.

14754814063986729165_1000x669

Gununsesi.info