Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 08 Oktyabr 2026 12:41

Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar NazirliyininMətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, 24 sentyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 1944-cü il təvəllüdlü İsgəndərov Fərhad Məsim oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info