Komitə indidə abortlarla məşğul olacaq

  • By admin
  • 03 Oktyabr 2016 13:08

medikamentoznyj-abort-4

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda boşanma və selektiv abortların səbəblərini, bunların nəticələrini araşdırmaq və təhlillər aparmaq məqsədilə boşanmalar və selektiv abortlarla bağlı sorğu anketləri hazırlayıb.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, sorğunun nəticələrinə əsasən, bu problemlər cavablara uyğun olaraq öyrəniləcək və müvafiq istiqamətlər üzrə tədbirlər görüləcək.

Sorğuda müxtəlif yaş təbəqəsindən olan vətəndaşlar iştirak edə bilərlər. Sorğunu cavablandırmaq üçün Komitənin rəsmi saytında (http://scfwca.gov.az/?page_id=14666) “Sorğuda iştirak edin” bölməsinə daxil olmaq lazımdır.