Bitki çaylarınını inanılmaz faydaları -HAQQINDA

  • By admin
  • 05 Noyabr 2016 11:50

cay1123 

Bitki  çaylarının inanılmaz faydaları var. Elm və texnika inkişaf edib, dərman preparatları peyda olanadək insanlar, məhz faydalı bitkilərdən müxtəliv dəmləmələr hazırlayıb çay kimi qəbul edərdilər.  Gununsesi.info belə bitkilərdən hazırlanan çaylar haqqında məlumatı təqdim edir.

Limon çayı

cay2

Soyuqdəyməyə qarşı əvəzsizdir.C vitamini deposudur. Qrip və zökəm xəstəliklərindən xilas edir. Toksinləri orqanizmdən xaric etməkdə əvəzsizdir. İmmunitet sisteminin güclənməsində güclü rola malikdir. Mədə bulantısını aradan qaldırır. Üz dərisini gözəlləşdirir. Çox gözəl antioksidantdır.

Arpa çayı

cay

Xərçəngə qarşı qoruyucudur. Temperaturu aşağı salır. Boğaz ağrısını aradan qaldırır. Astma xəstəliyini yüngülləşdirir. Bronxitin müalicəsində köməkçidir. Sidikqovucudur. Mədə problemlərinin qarşısını alır. Ürək sağlamlığını qoruyur.

Böyürtkən çayı

cay6

Xərçəng xəstəliyindən qoruyur. Ürək üçün faydalıdır. Varikozun müalicəsində istifadə edilir. İshala qarşı əvəzsizdir. Babasil xəstəliyinə yaxşı təsir edir. İmmunitet sistemini qüvvətləndirir. Boğaz ağrısını kəsir. Antioksidant xüsusiyyəti var.

Bibəriyə çayı

cay12

Qan dövranını sürətləndirir. Həzm pozğunluğu və qəbzlikdə faydalıdır. Konsentrasiyanı artırır. Baş ağrısını azaldır. Stressi aradan qaldırır. Toksinləri bədəndən çıxarır. Bağırsaq sistemini qüvvətləndirir.

Adaçayı

ada

Ağız yaralarını müalicə etmək üçün istifadə edilir. Diş əti iltihabına qarşı əvəzedilməzdir. Qarqara olaraq bütün ağız yaralarında faydalıdır. Bronxit və astma riskini azaldır. Qanda şəkərin miqdarını aşağı salır. Həddidən artıq tərləməyə qarşı əla vasitədir. Zərərli toksinləri bədəndən çıxarır. Sakitləşdirici təsir edir və stressi azaldır.

Reyhan çayı

cay13

Orqanizmi canlandırıcı təsiri vardır. İshalı kəsir. Mədə xorasına qarşı istifadə edilir. Yuxusuzluq problemlərinə qarşı əla vasitədir. Həzmetməni yaxşılaşdırır. Mədə ağrısını kəsir. Ağızın selikli qişasındakı yaraların müalicəsində istifadə olunur. Antioksidant təsiri vardır.

Süpürgəotu çayı

cay11

Böyrəkləri təmizləyir. Öskürəyi kəsir. Revmatizmaya qarşı əla vasitədir..Prostat vəzi problemlərində istifadə edilir.  Həzm sistemi problemlərində işlədilir. Rahatlaşdırıcı xüsusiyyəti vardır. Yuxu gətirir. Sidik yollarının xəstəliklərində istifadə olunur. .Bağırsaq xəstəliklərinin müalicəsində köməkçi vasitə olaraq istifadə edilir.

Cökə çayı

cay4

Qripə və zökəmə qarşı yaxşı təsiri vardır. Öskürəyə yaxşı təsir edir. Boğaz ağrısını sağaldır. Bədənin temperaturunu aşağı salır. Həzm sisteminin yaxşı işləməsini təmin edir. Sakitlədirici təsir göstərir. Miqren ağrılarını yüngülləşdirici xüsusiyyəti vardır.

Kəklikotu çayı

cay5

Boğaz ağrısını sağaldır. Diş əti xəstəliklərində və ağız içi yaralarında təsirlidir. Soyuqdəyəməyə qarşı əvəzsizdir. Həzm pozğunluğuna və şişlərə yaxşı təsir edir. Stresi azaldır, saktləşdiricidir. .Bol mineral deposudur. Revmatizmaya qarşı təsirlidir. .Baş ağrısını kəsir.

Mixək çayı

cay9

Diş ağrısını azaldır. Qan dövranını sürətləndirir. Antibakterialdır. Mədə bulantısını aradan qaldırır.

Şişləri azaldır, rahatlaşdırır. Diş əti xəstəliklərində təsirlidir. Həzmi sürətləndirir. Həzm sistemində əmələ gələ biləcək xərçəng növlərindən qoruyur.

İtburnu çayı

cay3

Sidik yolları xəstəliklərinə qarşı qoruyur. Şəkərli diabetə qarşı əvəzsizdir. Soyuqdəyməyə qarşı təsirli vasitədir. Qan təzyiqini nizamlayıcı təsiri vardır. Dəriyə gözəllik və parlaqlıq verir. Revmatizmaya qarşı faydalıdır. Soyuqdəyməni orqanizmdən çıxarır. Xolestorolu aşağı salır.

Lavanda çayı

cay1

Psixoloji problemlərə təsiri vardır. Stressi, narahatlığı,depressiyanı azaldıcı təsirə malikdir. Ağızdan gələn xoşagəlməz qoxuları aradan qaldırır. Soyuqluğu orqanizmdən çıxarır. Astmaya qarşı faydalıdır. Qızdırma salıcıdır. Həzm sistemi problemlərinə qarşı işlədilir. Toksinlərin orqanizmdə azalmasına və xaric edilməsinə kömək edir.

Nanə çayı

cay10

Astma və soyuqdəyməyə qarşı təsirlidir. Stressi azaldır, sakitləşdirir. Boğaz qurumasına qarşı əvəzsizdir. C vitamini və Omeqa 3-lə zəngindir. Sakitləşdiricidir. Antioksidant təsiri olduğundan detoks təsiri də edir. Ağız qoxusunu alır, nəfəsi təravətləndirir.

Çobanyastığı çayı

cay7

Uşaqlıq orqanları və aybaşı sancılarını azaldır. İmmun sistemini gücləndirir.  Ağız və diş iltihabına qarşı istifadə edilir. Stresi azaldır, əsəbləri saktiləşdirici təsir edir.

Boğaz ağrısına qarşı əla vasitədir. Revmatizmanı yüngülləşdirir.  Allaergiyanı azaldır.

Yaşıl çay

yasil

Metabolizmanı sürətləndirir. Artıq çəkidən xilas olmaqda əvəzedilməzdir. Diş çürüməsinə mane olur. Ürək xəstəliklərinə qarşı qoruyur. Antioksidant xüsusiyyəti vardır. Xərçəng xəstəliyinə qarşı faydalıdır. Qan təzyiqini nizamlayır. Yaddaşsızlığa qarşı təsirlidir.  Axşam saatlarında içildikdə yuxunu qaçırır.

 

Gülnaz Qənbərli

Gununsesi.info