“Biz ərəb deyilik, 48 saata Təl-Əvivə girər Qüdsdən çıxarıq!..” - VİDEO

  • By admin
  • 16 Dekabr 2020 17:59
“CNN Türk” kanalının tanınmış şərhçisi Hakan Bayrakçı son çıxışlarından birində ABŞ və İsrail əleyhinə bir sıra təhdidlər səsləndirib.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, bu mövzuya İsrail mediasında da geniş yer verilib.
Şərhçinin qəzəbini prezident Donald Tramp administrasiyası tərəfindən Türkiyəyə qarşı sanksiya tətbiq edilməsi alovlandırıb. Bayrakçi “Biz ərəb deyilik. Biz “Patriot”suz da 48 saata Təl-Əvivə girər və Qüdsdən çıxarıq” -deyə bildirib.
Bayrakçı sanksiyalar tətbiq edilməsində İsraili də günahkar hesab edir. Onun fikrincə, məhz yəhudilər  ABŞ-ın eks-prezidenti Barak Obamanı və onun adamlarını “Patriot” raketdən müdafiə sistemlərini Ankaraya satmamağa inandırıblar. Bu səbəbdən də Türkiyə Rusiyaya üz tutmaq və ondan “S-400” sistemlərini almaq məcburiyyətində qalıb ki, bu da Tramp administrasiyası tərəfindən sanksiya tətbiq edilməsinə səbəb olub.

Gununsesi.org