
“Azərbaycanla İran arasında münasibətləri pozmağa çalışan xarici qüvvələr var”.
Bu barədə Gununsesi.info-ya səlahiyyət müddəti başa çatan İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayi bildirib.
Onun sözlərinə görə, bu zamanla olub və gələcəkdə belə bir halın baş verməsi istisna deyil, ona görə də, biz bu məsələdə hər zaman ayıq olmalıyıq.
Daha sonra səfir bir müddət öncə Tehranda 48-ci erməni olimpiya oyunları keçirilən zaman erməni idmançıların geyimində “Artsax” sözü və separatçıların “bayrağı” əks olunması məsləsinə də bir daha aydınlıq gətirib.
Səfir qeyd edib ki, İran dövlətinin məsələyə münasibəti kəskin olub: “İdman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi. Gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq”.
Mürtəza
Gununsesi.info