Böhran sürətli islahatların həyata keçirilməsində katalizator rolunu oynadı -millət vəkili

  • By admin
  • 10 Oktyabr 2016 13:06
elman nesirov
“Biz yaxın zamanlarda  Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi ciddi struktur islahatlarının şahidi olacağıq”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, milət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, yaxın günlərdə MSK sentyabrın 26-də keçirilən referendumun nəticələrini təsdiq edəcək. “Bildiyiniz kimi, MSK  qanunvericiliyə uyğun olaraq 25 gün ərazində referendumun nəticələrini təsdiq etməlidir. Prezident və parlament seçkilərindən fərqli olaraq referendumun nəticələrini Konstitusiya Məhkəməsi təsdiq etmir. Referendumun nəticələri MSK tərəfindən təsdiqləndikdən  qısa müddət sonra  ciddi idarəetmə sistemində islahatlara start veriləcək”- deyə, millət vəkili vurğulayıb.
E.Nəsirov  deyib ki, ölkə başçısı 2016-ci ili “islahatlar ili” elan edib: “Lakin referendum bu islahatlara  təkan verəcək. Belə ki, referendumun nəticələrinə uyğun olaraq idarəetmə sisteminin təkmiləşdirilməsi isitqamətində islahatlara başlanacaq. Xüsusən də şaquli idarəetmə sistemində islahatlara start veriləcək”.
Millət vəkili əlavə edib ki, ölkə başçısının  da bu günlərdə  dediyi kimi, dünyada iqtisadi böhran hökm sürür, ancaq böhranlar öz-özlüyündə pis bir əlamət olsa da, bir sıra islahtların sürətli və səmərəli həyata keçirilməsində katalizator rolunu oynadı. “Biz qısa zamanda bu həyata keçirilən  islahatlar nəticəsində xalqın maddi rifah halının yaxşılaşmasının şahidi olacağıq”– deyə,millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info