Branislav İvanoviç Sankt-Peterburqda

  • By admin
  • 31 Yanvar 2017 19:14

b

 

“Çelsi”nin futbolçusu Branislav İvanoviç yenidən Rusiya Premyer Liqasında çıxış edəcək.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, serbiyalı müdafiəçi “Zenit”ə keçir.

33 yaşlı futbolçu artıq Sankt-Peterburqdadır. Onunla bu gün müqavilə imzalanacğı gözlənilir.

Qeyd edək ki, İvanoviç 2008-ci ildə Moskva “Lokomotiv”indən “Çelsi”yə transfer olunmuşdu.

Gununsesi.info