Britaniyada pandemiya qurbanlarının sayı 43,7 mini ötdü

  • By admin
  • 30 İyun 2020 21:40

Böyük Britaniyada bir gün ərzində koronavirus qurbanlarının sayı 155 nəfər artıb.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da pandemiya qurbanlarının sayı 43 730-a çatıb.

Son sutkada COVID-19-a daha 689 yoluxma qeydə alınıb. Hazırda Böyük Britaniyada koronavirus qurbanlarının ümumi sayı 312 654 nəfər təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Gununsesi.org