Bu gün attraksionlar PULSUZ OLACAQ

  • Müəllif: admin
  • 01 İyun 2018 00:18
 

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 iyunda bununla bağlı Dənizkənarı Milli Parkda “Uşaq festivalı” keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsinin məlumatına əsasən, bu gün saat 10:00-dan 13:00-dək 16 yaşadək uşaqlar üçün pulsuz attraksion, karnavallar, avtodromlar, uşaq pavilyonunu ziyarət üçün qatarlarla gəzinti olacaq.
Aksiyanın təşkili ilə bağlı Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş rejimində çalışacaq.