Britaniya səfirinin müşaviri yeni vəzifəyə getdi

  • Müəllif: Orxan
  • 14 Oktyabr 2026 11:08

Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Elmir Bədəlov yeni vəzifəyə təyin olunub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Elmir Bədəlov Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elmir Bədəlov Böyük Britaniyanın Azərbaycandakı səfirliyində fəaliyyətə başlamazdan əvvəl Xarici İşlər Nazirliyində və Təhsil Nazirliyində çalışıb.

Firuzə
Gununsesi.info