Bu il 17 nəfərdə sümük iliyi transplantasiyası həyata keçirilib

  • By admin
  • 14 Dekabr 2016 11:55

sumuk

“Talassemiya Mərkəzinin 2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində bu il 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib”. 
Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
Mərkəz direktoru bildirib ki, 2014-cü ildən bu günədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib: “Mərkəzin ümumi laboratoriyasında il ərzində 17 min 500 nəfər müayinələrdən keçib. 217 nəfərdə uyğunluq müalicəsi aparılıb”.

Gununsesi.info