Bu nazirlik “ASAN xidmət”lə əməkdaşlığa başlayır

  • By admin
  • 15 Dekabr 2017 20:56

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “ASAN xidmət”lə elektron hökumət sahəsində əməkdaşlığa başlayır.

Gununsesi.info xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, əməkdaşlıq çərçivəsində “ASAN xidmət” mərkəzlərində xüsusi e-hökumət guşələrinin yaradılması nəzərdə tutulur. Burada kompüterlər qoyulacaq ki, onların köməyi ilə vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək.

Nazir müavini əlavə edib ki, “ASAN xidmət”lə əməkdaşlığa artıq başlanıb: “Güman edirəm ki, yaxın vaxtlarda birgə əməkdaşlığımız çərçivəsində təqdimat keçirə biləcəyik”.

Gununsesi.info