Uzun fasilədən sonra Dənizkənarı Bulvarda attraksionlar yenidən fəaliyyətə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi açıqlama yayıb.
“İllər öncə Bulvarın sevilən əyləncə zonası ənənəvi məkanında – Dəniz Vağzalının yaxınlığında bərpa edilərək, müasir və tam yeni əyləncə qurğuları ilə yenidən ziyarətçilərin ixtiyarına verildi. İllər öncəki xoş xatirələr və yenilənmiş ab-havanı birləşdirən bu məkanda ziyarətçiləri bol əyləncə gözləyir” deyə açıqlamada bildirilir.


Firuzə
Gununsesi.info













