Cəlilabadda ağır qəza: 1 ölü, 4 yaralı var

  • By admin
  • 29 Sentyabr 2019 11:02

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.org “Report”a istinadən məlumat verir ki, hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.