Cəlilabadda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

  • By admin
  • 22 Mart 2017 19:50

yol-qezasi-avariya

 

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. ”VAZ-2106” markalı maşınla “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

 

Fakt araşdırılır.

 

Gununsesi.info